Bakalavriat səviyyəsinin Rəngkarlıq (10) və Qrafika (11) komissiyalarının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq, Heykəltaraşlıq (12) komissiyasının rəsm fənnindən müvəffəq qiymət almış abituriyentlər isə yapma fənni üzrə imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini çap edə bilərlər.
DİM-dən "İki sahil"ə verilən məlumata görə, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Qrafiklə buradan tanış ola bilərsiniz.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi DİM-in saytını izləməyi tövsiyə edirik.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək