2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2032 ədəd minik avtomobili, 276 ədəd isə yük avtomobili istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 16.5%, yük avtomobili istehsalı isə 68.3% artıb.
Qeyd edək ki, cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 516 ədəd minik, 65 ədəd isə yük avtomobili təşkil edib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar
"Şimal-2"də 026-ci ilin sentyabr ayınadək 21,1 milyard kilovat/saat elektrik enerjisi hasil olunub
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq