15 iyul 2024 17:29
199

Azərbaycan şahmatçısı Gürcüstanda keçirilən beynəlxaq turnirdə ikinci yeri tutub- FOTO

Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində uğurlu çıxış edib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyuna 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında ikinci olub.

Digər Naxçıvan şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar.

Qeyd edək ki, 23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.