15 iyul 2024 18:19
467

Günel Tatlısəsin xəstəxanadan fotosunu paylaşdı

Türkiyədə yaşayan müğənni Günel Zeynalova əməliyyat olunan İbrahim Tatlısəsi xəstəxanada ziyarət edib. 

“İki sahil” xəbər verir ki, ifaçı müğənninin xəstəxanadan fotosunu paylaşaraq, onun özünü yaxşı hiss etdiyini vurğulayıb. 

"Çox şükür, aslan atam. Əməliyyatımız uğurlu keçib. İmperator sağlam və yanımızdadır. Allah səni bizə çox görməsin" deyə, Günel paylaşımında yazıb. 

Qeyd edək ki, 72 yaşlı sənətçinin ürək qapağı dəyişdirilib. 2,5 saat davam edən əməliyyat uğurla keçib.