16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub və ərazi nəzarətə götürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Kreditinizi “Birbank”a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin