16 iyul 2024 22:36
231

Avropa Parlamenti müdafiə komitəsi yaradır

Avropa Parlamentinin ən böyük fraksiyaları təhlükəsizlik və müdafiə üzrə alt komitənin tamhüquqlu komitəyə çevrilməsi ilə bağlı saziş bağlamağa yaxındırlar.

“İki sahil” xəbər verir ki,  bu barədə "Euractiv" portalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, əvvəllər bu addıma qarşı çıxan sosial-demokratlar Avropa Xalq Partiyası (AXP) və liberalların sentyabra qədər tam tərkibdə komitə yaratmaq tələbləri ilə razılaşıblar.

Yeni komitənin təhlükəsizlik və müdafiə üzrə hazırkı alt komitənin, eləcə də hazırda müdafiə sənayesi məsələləri ilə məşğul olan sənaye və daxili bazar komitələrinin səlahiyyətlərinin bir hissəsini öz üzərinə götürəcəyi gözlənilir.