16 iyul 2024 22:41
280

Siyarto Lavrovla bu məsələləri müzakirə edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra neft və qaz tədarükünü müzakirə edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Peter Siyarto jurnalistlərə açıqlamasında deyib.

“Biz Rusiyadan Macarıstana təhlükəsiz qaz və neft tədarükü məsələsini müzakirə etdik. Biz tədarükü bərpa etməyə imkan verəcək hüquqi həll üzərində işləyirik, çünki Rusiya nefti bizim enerji təhlükəsizliyimiz baxımından vacibdir”, - o, bildirib.