17 iyul 2024 08:27
289

KİV: KXDR-nin diplomatı Cənubi Koreyaya qaçıb

KXDR-in Kubadakı səfirliyində işləyən yüksək rütbəli diplomat Ri Yonq Ho keçən il ailəsi ilə birlikdə Cənubi Koreyaya qaçıb.

“İki sahil” “NK News”a istinadla xəbər verir ki, bu, yalnız indi, o, mətbuata danışdıqdan sonra məlum olub.

Bildirilir ki, Seul faktı təstiqlələyib.

Məlumata görə, qaçaq diplomat səfirliyin siyasi müşaviri olub.

Qeyd olunur ki, Ri Yonq Ho adlı diplomat 9 il Kubada çalışsa da, 2023-cü ilin noyabrında qəfildən vəzifəsini tərk edib.

Ri Yonq Ho Cənubi Koreya mətbuatına verdiyi müsahibədə əməlini KXDR Xarici İşlər Nazirliyindəki korrupsiya və səlahiyyətlilərin müalicə üçün Meksikaya səfər etmək xahişini rədd etməsi ilə əlaqələndirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”