17 iyul 2024 16:00
340

Aİ Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsini təsdiqləyib

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi Maqdalena Qrononu Aİ Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsini təsdiqləyib.

"İki sahil" bu barədə Çexiyanın Aİ-dəki daimi nümayəndəliyinə istinadən xəbər verir.

Məlumata görə, namizədlik Aİ Şurası tərəfindən rəsmi olaraq təsdiqlənəcək.

Maqdalena Qrono 2017-ci il noyabrın 13-dən bu vəzifəni tutan Toivo Klaarı əvəz edəcək.