19 iyul 2024 16:39
391

Bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir

Səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin paylanılması kütləvi şəkildə həyata keçirilir. Dairə və aşağı seçki komissiyaları bildirişlərin seçicilərə vaxtında paylanmasına çalışır.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov Komissiyanın iyulun 19-da keçirilən iclasında deyib.

R. Qasımov bildirib ki, bildirişlərdə səsvermə proseduru qaydaları barədə məlumatlar öz əksini tapıb. O qeyd edib ki, bildirişlərdə seçicinin ünvanı, soyadı, adı, atasının adı, seçki günü və səsvermə saatları, məntəqə seçki komissiyaları ilə əlaqə saxlamaq üçün məlumatlar mövcuddur.