20 iyul 2024 10:44
281

Türkiyədə leysan yağış sel yaradıb, torpaq sürüşməsi baş verib

Türkiyədə leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.

“İki sahil” yerli mətbuata istinadla xəbər verir ki, Giresunda axşam saatlarında başlayan və gecə saatlarında artan leysan yağışları şəhər mərkəzi, Tirebolu, Espiye və Doğankent rayonlarında maddi ziyana səbəb olub.

Daşqın və sürüşmə nəticəsində Tirebolu rayonunun Köseler kəndində 1 ev dağılıb, 4 ev isə ehtiyat tədbiri olaraq təxliyə edilib.

Təbii fəlakət nəticəsində ölən və yaralanana olmasa da maddi ziyan dəyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”