28 sentyabr 2026 23:11
94

İran razılaşıb...

İran ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, İran-ABŞ danışıqlarında vasitəçilər razılaşmanın əldə olunmasına kömək ediblər. İran rəsmiləri hələlik xəbəri şərh etməyiblər.

Daha əvvəl ABŞ rəsmisinə istinad edən “Axios” və “Channel 12” ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri azad etməyə hazır olduğunu bildirmişdi.