20 iyul 2024 13:53
354

Eyni maşında olan şəxslər avtoqəzadan sonra bir-birini döyüb

Türkiyədə iki avtomobilin iştirakı ilə baş verən və avtomobillərə maddi ziyan dəyən qəzadan sonra eyni avtomobildə olan iki sərxoş şəxs naməlum səbəbdən bir-birinə hücum edib.

“İki sahil” xəbər verir ki, qəribə hadisə dünən axşam saatlarında Avcılarda baş verib.

İddialara görə, uzun müddət bir-birini təpikləyib döyən şəxslər qan içində qalıblar.

Hadisə yerinə gələn polislər həmin şəxsləri saxlayıb. Hadisə ətrafdakı vətəndaşların mobil telefon kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”