Qazıntı yanacaq növlərindən əldə etdiyimiz gəlirlərin ədalətli paylanılması çox şəffaf, məsuliyyətli şəkildə həyata keçirilir. Deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların (COP29-la bağlı – red.) sayı azalır.
“İki sahil” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında söyləyib.
“Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir”, - deyən dövlət başçısı əlavə edib ki, ölkənin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir