20 iyul 2024 22:03
346

Mərakeş patrulu 196 qeyri-qanuni miqrantı daşıyan qayığın qarşısını alıb

Mərakeş Kral Donanmasının patrul gəmisi Atlantik okeanında 196 qeyri-qanuni miqrantı daşıyan qayığın qarşısını kəsib.

“İki sahil” xəbər verir ki, Cənub-şərqi Afrika ölkələrindən olan immiqrantlar Kanar adalarına (İspaniya) gedirdilər.

Gəmi Daxla şəhərindən (Mərakeşin Atlantik sahili) 157 km şimal-qərbində saxlanılıb. Miqrantları daşıyan gəmi yolda çətinliklə üzləşib. Krallığın hakimiyyət orqanlarının nümayəndələri də qayıqda miqrantlardan birinin cəsədini aşkar ediblər.

Bütün miqrantlara lazımi köməklik göstərildikdən sonra Daxla limanında jandarm əməkdaşlarına təhvil verilib.

Avropadan dar Cəbəllütariq boğazı ilə ayrılan Mərakeş uzun illər Afrika ölkələrindən AB-yə keçməyə çalışan qeyri-qanuni miqrantlar üçün tranzit ölkə olub. Hakimiyyət orqanlarının məlumatına görə, krallıq ərazisindən qeyri-qanuni mühacirlərin Avropa İttifaqına daşınması ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyəti son illərdə yüksək olaraq qalır. Miqrant axınının əsas istiqaməti İspaniyadır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”