20 iyul 2024 22:31
277

Klintonlardan Baydenə dəstək

Klinton ailəsi ABŞ prezidenti Co Baydenin seçki yarışında qalmaq qərarını dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın 42-ci prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klinton Co Baydenin seçki yarışda qalmaq qərarını məxsusi olaraq dəstəkləyib və donorları onunla birlikdə qalmağa fəal şəkildə təşviq ediblər.

İddia olunur ki, Klintonlar pərdə arxasında Ağ Evlə əlaqə saxlayır və köməkliklərini təklif edirlər.

ABŞ prezidenti Co Bayden gələn həftə seçki kampaniyasına qayıdacağını və Donald Trampın Layihə 2025 proqramının təhlükəsini ifşa etməyə davam edəcəyini bildirib.

Xatırladaq ki, Bayden hazırda COVID-19-dan müalicə olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”