İyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan “İki sahil”ə verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşlarının onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.
Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E.Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib.
Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi