ABŞ-ın vitse-prezidenti Kamala Harrisi məğlub etmək Co Baydendən daha asan olacaq.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
O, Co Baydeni Amerika Birləşmiş Ştatlarının ən pis prezidenti adlandırıb: "Bayden prezidentliyə namizəd olmağa layiq deyildi. Bayden ölkəmizə nə etdi, onun prezidentliyinə görə çox əziyyət çəkdik".