12 may 2026 15:41
165

“Neftqaztikinti” trestində keçirilən növbəti iməclik Ümummilli Liderin 103-cü ildönümünə həsr edilib - FOTO

“Neftqaztikinti” trestində təşkil edilmiş növbəti iməclik tədbiri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilib.

“İki sahil” xəbər verir ki,  trestin struktur vahidlərində, eləcə də trest aparatı üzrə yaşıllıq zonalarında, boş ərazilərdə və yeni salınmış istirahət parkında genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Keçirilən iməcilik tədbirlərində “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev, SOCAR-ın Xidmətlərinin İdarəedilməsi Departamentinin rəisi Rüfət Rzayev və digər məsul şəxslər iştirak etmişlər.

Tədbirlər çərçivəsində müxtəlif növ ağac və dekorativ bitkilər — eldar şamı, tuya, sərv və zeytun ağacları əkilmiş, ərazilərdə təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.

Belə tədbirlərin keçirilməsi ekoloji mühitin qorunmasına, yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitə həssas münasibətin təşviqinə və kollektiv həmrəyliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.