22 iyul 2024 00:13
251

Klintonlar indi də Harrisi dəstəkləyirlər

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.

Klintonlardan Baydenə dəstək

“İki sahil” xəbər verir ki, Bill Klintonun “X” səhifəsində bildirib: "Biz ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməkdə prezident Co Baydenə qoşuluruq".

Xatırladaq ki, bundan əlavə Klinton ailəsi ABŞ prezidenti Co Baydenin seçki yarışında qalmaq qərarını dəstəkləmişdilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”