22 iyul 2024 03:00
257

De Brüyne Səudiyyə Ərəbistanı klubuna keçir

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne Səudiyyə Ərəbistanının "Əl İttihad" klubuna keçməyə yaxındır.

“İki sahil” "Daily Mail"ə istinadən xəbər verir ki, hazırda İngiltərə və Səudiyyə klubları 33 yaşlı futbolçunun transfer qiyməti ilə bağlı danışıqlar aparır.

De Brüyne 2015-ci ilin yayından “Mançester Siti”də çıxış edir.Belçikalı oyunçunun klubla  müqaviləsi 2025-ci ilin yayına kimidir.


Ötən mövsüm De Brüyne klubla bütün turnirlərdə 26 matçda 6 qol vurub və 18 qolun ötürməsini verib.