Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparır.
“İki sahil” bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, aparılan işlər çərçivəsində sözügedən ərazilərdə frezlənmə işləri yerinə yetirilib. Texnoloji ardıcıllığa uyğun olaraq qeyd olunan hər iki yolda hazırda yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.
Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Kreditinizi “Birbank”a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin