Bu gün neft qiymətlərində sabitlik qeydə alınıb, treyderlər bazarda tələb və təklif perspektivləri ilə bağlı yeni siqnallar gözləyirlər.
“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,01 ABŞ dolları (0,01 %) bahalaşaraq bir barel üçün 82,41 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə bir barel üçün 0,06 ABŞ dolları (0,08 %) ucuzlaşaraq 78,34 ABŞ dollarına bərabər olub.
Arıçılıq Məhsullarının 26-cı Respublika Sərgi-Satış Yarmarkasında iştirak üçün qeydiyyat başlayır
Kreditinizi “Birbank”a gətirin 80 000 manatadək məbləği 6%-dək güzəştlə əldə edin