24 iyul 2024 21:26
304

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, traktor sürücüsü yüngül xəsarət alıb.

Onun sözlərinə görə, traktor sərhəddə mühəndis işləri apararkən partlayıb.

Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş İcevan şəhər xəstəxanasına çatdırılıb, vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.