26 iyul 2024 12:20
317

Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib -  YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi arasında geniştərkibli görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə olunub.

"Tərəflər, həmçinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi də daxil olmaqla əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar, onlar həmçinin BMT, Qoşulmama Hərəkatı, İƏT və COP29-a Azərbaycanın sədrlik fəaliyyətini vacib əməkdaşlıq platformalarından biri kimi qeyd ediblər. Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib", -XİN-in məlumatında qeyd olunub.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi Əhməd arasında nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN "X" platformasında paylaşımında bildirilib.

Xatırladaq ki, bu gün Somalinin xarici işlər naziri Əhməd Moallim Fiqi ölkəmizə səfərə gəlib.