26 iyul 2024 14:44
258

“EuroAirport” terminalı boşaldılıb, uçuşlar dayandırılıb

Fransa və İsveçrə sərhədi yaxınlığında yerləşən “EuroAirport” (Bazel-Myuluz-Frayburq) terminalı təhlükəsizlik səbəbi ilə boşaldılaraq bağlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, uçuşlar müvəqqəti dayandırılıb. Bununla bağlı əlavə məlumat verilmir.