Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) fövqəladə halların idarə olunması üçün müasir avadanlıqla təchiz edilmiş 10 ədəd yanğından mühafizə qatarı ilə yanaşı su nasos stansiyası da 24/7 fəaliyyət göstərir.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, ADY-nin yanğından mühafizə qatarları həm dəmir yolu infrastrukturunda, həm də dəmir yolu xətlərinin yaxınlığında baş verən yanğınların geniş miqyas almadan operativ söndürülməsini dərhal təmin edir.
“Hər zaman təhlükəsizlik dəyərinə xüsusi önəm verən ADY sərnişin və yüklərin mənzilbaşına çatdırılmasına risk yaradan amilləri qabaqlayıcı tədbirlərlə aradan qaldırmağı hədəfləyir”, - məlumatda qeyd olunur.
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - YENİLƏNİB
Yanq Tae Kim: Azərbaycanın ITF-ə sədrliyi həqiqətən uğurlu oldu və mən bundan çox məmnunam