26 iyul 2024 23:41
313

"Bavariya"nın müdafiəçisi "Real"a keçir

"Real" və Alfonso Devis arasında ilkin müqavilə imzalanıb.

"İki sahil" xəbər verir ki, "Bavariya"nın müdafiəçisi 2025-ci ilin yayında Madrid klubuna keçəcək. Kanadalı futbolçu "Real"a sərbəst agent kimi qoşulacaq. Devis "Bavariya" ilə yeni müqavilə bağlamaqdan imtina edib. Madridlilər Kilian Mbappenin transferi zamanı istifadə olunan variantdan istifadə ediblər. PSJ ilə yeni müqavilə imzalamayan fransalı hücumçu ödənişsiz Madridə yollanıb.

Qeyd edək ki, Anfonso 2023/2024 mövsümündə münhenlilərin heyətində 42 oyunda 3 qol və 6 ötürmə ilə yadda qalıb.