27 iyul 2024 08:12
267

Türkiyədə bir yük maşınında 87 kiloqram marixuana ələ keçirilib

Türkiyədə yük maşınında keçirilən əməliyyat zamanı 86 kilo 950 qram marixuana ələ keçirilib, sürücü saxlanılıb.

“İki sahil” xəbər verir ki, əməliyyat Niğdedə keçirilib.

Qeyd edilib ki, Əyalət Təhlükəsizlik Müdirliyi Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları şəhərə narkotik gətirdiyi təyin olunan yük maşını üzərində əməliyyat keçirib.

Avtomobilə baxış zamanı 23 bağlamada 86 kilo 950 qram marixuana götürülüb.

Saxlanılan TIR sürücüsü ilə bağlı polis araşdırma aparır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”