27 iyul 2024 10:50
288

Qırğızıstanda terrorçu saxlanılıb

Qırğızıstanın xüsusi xidmət orqanları beynəlxalq terror təşkilatının üzvü olmaqda və MDB ölkələrindən birində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən şəxsi saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə iyulun 27-də bu ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb: “Milli Kəşfiyyat Xidmətinin əməkdaşları tərəfindən davam etdirilən antiterror tədbirləri çərçivəsində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinən Qırğızıstan Respublikasının vətəndaşı, beynəlxalq terror təşkilatının üzvü N.R. tutularaq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”