27 iyul 2024 13:31
550

Kafe və yaxınlığındakı avtomobil yanıb

Bakı şəhərinin Xətai rayonunda kafe və yaxınlığındakı avtomobil yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan kafenin yanar konstruksiyaları 20 m² sahədə, yaxınlıqda dayanan "Subaru" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Yüksək temperaturdan kafenin mətbəxində lambirdən ibarət tavan 21 m² sahədə əriyib.

Kafenin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.