27 iyul 2024 15:55
317

Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin yolunu uçurub

Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.

Qudyalçaya gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub.

Eyni zamanda, sel suları çayın kənarında olan yüksək gərginlikli elektrik xətlərini də aşırıb.

Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.

"Report"