Xankəndi addım-addım bərpa olunur və tezliklə Azərbaycanın ən böyük tələbə şəhərlərindən birinə çevriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalının Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ regionundan xüsusi reportajında deyilir.
Jurnalist Sare Selvi Öztürk uzun onilliklər erməni separatçılarının nəzarətində olmuş şəhərin bərpası üzrə genişmiqyaslı işlərə diqqət çəkir.
Reportajda qeyd edilir ki, işğal dövründə separatçı rejim tərəfindən istifadə edilən binalar Azərbaycan hökumətinin qərarına əsasən sökülür. Misal olaraq, bu yaxınlarda separatçıların “parlament” binasının yerləşdiyi yer nümayiş etdirilir.
“Bu gün Xankəndi bərpa və rekonstruksiya üzrə böyük meydançadır. Şəhərdə mehmanxanalar, kafelər, restoranlar və mağazalar açılır, sosial infrastruktur fəal şəkildə müasirləşdirilir. Xankəndi inkişafının yeni səhifəsinə hazırlaşır”, - deyə türkiyəli jurnalist bildirir.
Öztürk qeyd edir ki, zamanla Xankəndi Azərbaycanın böyük tələbə şəhərinə çevriləcək. “İşğaldan azad olunmuş Xankəndinin ilk sakinləri Qarabağ universitetinin müəllimləri və tələbələri olacaq. Tədris prosesinə fəal hazırlıq davam etdirilir”, - deyə jurnalist ali məktəb binasının fonunda vurğulayır.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb