Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır.
“İki sahil” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Qazaxıstan Azərbaycana tarixən 1 milyon tondan çox taxıl göndərib. Hazırda biz Qazaxıstan buğdası ilə Azərbaycan bazarında yenidən rəqabətədavamlı olmaq üçün əvvəlki mövqelərimizə qayıtmaq mexanizmləri üzərində işləyirik”, - “Ərzaq Müqavilə Korporasiyası”nın sədri Asılxan Cuvaşev deyib.
Onun sözlərinə görə, korporasiya Qazaxıstanda taxıl terminalları sistemini idarə edir və onların imkanlarını genişləndirmək niyyətindədir.
Qazaxıstan buğdasının əsas tədarükü taxıl və qarğıdalı daşınması, saxlanılması üzrə ixtisaslaşmış “Ak Biday-Terminal” SC vasitəsilə həyata keçiriləcək.
Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
WUF13-də yeni baxış: KOB-lar şəhərlərin gələcəyini formalaşdıran əsas gücə çevrilir