İyulun 27-si saat 19:00-a olan məlumatına əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Şəmkir, Lerik, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Leysan xarakterli yağış Gədəbəy rayonu ərazisinin bəzi yerlərindən sel keçməsinə səbəb olub.
Saat 17:40 radələrində Gədəbəy rayonunun Poladlı, Şahdağ, Novoivanovka, Düzyurd kəndlərinə dolu düşüb. Yağan dolunun diametri bəzi yerlərdə 25-28 mm olub.
Şəkıdə və Sarıbaşda (Qax) duman müşahidə olunub.
Şimal-qərb küləyi arabir güclənərək sarı xəbərdarlığa uyğun olaraq Culfada 17 m/s, narıncı xəbərdarlığa uyğun olaraq isə Bakıda və Abşeron yarımadasında 25 m/s-dək çatıb.
“Məişət zorakılığının qarşısının alınması və mühafizə orderinin tətbiqi mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub
Dünyanın daha çox kosmosa ehtiyacı var: Azərbaycan üçün bu çağırış nə deməkdir?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Samux rayonunda vətəndaşlarla görüşüb