Ermənistan hökuməti region ölkələrinin xarici işlər nazirlərinin “3+3” formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə erməni mətbuatı Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini deyib.
Ermənistan XİN-dən verilən məlumata görə, əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir