Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Padar kənd sakini, 1990-cı il təvəllüdlü Nicat Əlövsət oğlu Məmmədəliyevin idarə etdiyi “DAEWOO” markalı avtomobil yoldan idarəetmədən çıxaraq ağaca çrıpılıb.
Zərbənin gücündən avtomobil hissələrə bölünüb.
Qəza zamanı 34 yaşlı N. Məmmədəliyev müxtəlif bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
“Report”
“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov “Şuşa” uşaq bağçasını ziyarət edib
Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə dissertasiya müdafiə olunub