Cənubi Afrika Respublikasının keçmiş prezidenti Ceykob Zuma 10 il rəhbəri olduğu Afrika Milli Konqresi (ANC) partiyasından xaric edilib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli “SABC” radiostansiyası məlumat yayıb.
Qeyd edilib ki, Zuma ANC nizamnaməsini kobud şəkildə pozduğuna görə xaric edilib və bu, onun müxalifət partiyası olan “Umkhonto we Sizwe” (MK) yaratması ilə nəticələnib.
Zumanın başçılıq etdiyi MK mayın 29-da Cənubi Afrikada keçirilən ümumi seçkilərdə iştirak edib və bu, analitiklərin fikrincə, ANC-yə parlamentin aşağı palatasında çoxluğu saxlamağa imkan verməyib.
Zumanın 21 günü var ki, ANC rəhbərliyinin onu qovmaq qərarına etiraz etsin.
Məhərrəm Ağalaroğlu, “İki sahil”