29 iyul 2024 01:01
512

TBMM-də qalmaqal - FOTO/VİDEO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisində qalmaqal yaşanıb.

“İki sahil” xəbər verir ki, sahibsiz heyvanlarla bağlı “Heyvanların Mühafizəsi Qanununa Dəyişikliklər edilməsi haqqında Qanun” layihəsinin müzakirələrində söz alan AK Partiya Qrup sədr müavini Bahadır Nahit Yenişehirlioğlunun çıxışından sonra iqtidar və müxalifət millət vəkilləri arasında gərginlik artıb.

Belə ki, Yenişehirlioğlu çıxışı zamanı müxalifətçi millət vəkillərinə işarə etdikdən sonra müxalif millət vəkilləri masaları vuraraq reaksiya veriblər.

Müzakirələrin qızışması ilə əlaqədar TBMM sədrinin müavini Bəkir Bozdağ iclasa 15 dəqiqəlik fasilə verib. Yenişehirlioğlu tribunadan ayrıldıqdan sonra deputatlar arasında dava düşüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”