Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
“İki sahil” xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.
Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.
Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycan Su İdmanı Federasiyasının nümayəndələri Füzuli sakinləri ilə görüşüblər
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb