Müğənni Zamiq Hüseynov aylar sonra yeni klipini təqdim edib.
“İki sahil” xəbər verir ki, iyul ayının son günlərində işıq üzü görən iş, olduqca maraqla qarşılanıb.
Zamiq ənənəsi üzrə, elə öz ruhuna yaxın retro, xüsusən də romantik ab-havalı tərzindən bu dəfə də geri qalmayıb. "Dərya" adlı yeni mahnıya çəkilən ekran işi ritmik notları, həmçinin sevgi göndərmələri ilə diqqət çəkib. Klip sadə süjet xətti ilə seçilir. Eşq, səhra, yağış Zamiqin bu layihəsini də tutarlı edib. Onu da qeyd edək ki, bəstənin müəllifləri Tural Bağırzadə və FTB-dir. Klipin rejissorluğu Samirə Xasməmmədovaya həvalə olunub. Hüseynovun stili və "make - up"ı, ərzində Elnur Həsənov çalışıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?