Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi gender statistikası sahəsində əldə olunmuş nailiyyətlərə görə BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Təşkilatı tərəfindən sertifikatla təltif olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.