31 iyul 2024 19:46
757

SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb - FOTO

31 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB və Umm Lulu yataqlarında iştirak payının 3%-nin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına” dair sazişlərin önəmi vurğulanıb.

Tərəflər enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.