Bu gün Azərbaycanda fəaliyyətə başlayan ATƏT DTİHB-in növbədənkənar parlament seçkilərini müşahidə etmək üzrə uzunmüddətli müşahidə missiyası 11 ölkədən 11 beynəlxalq ekspertdən ibarətdir.
“İki sahil” xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Prezidentin sosial şəbəkə hesablarında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir