1 avqust 2024-cü il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Sloveniyaya qaz təchizatına başlanılıb.
Bu barədə “İki sahil”ə SOCAR-dan bildirilib.
Qaz təchizatı cari il 17 iyul tarixində SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən həyata keçirilir. SOCAR və Geoplin uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirlər.
Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə yanaşı, Sloveniya Azərbaycan qazının təchiz olunduğu doqquzuncu ölkə olur.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib