Klubdan “İki sahil”ə verilən məlumata görə, “qartallar” Georgi Papunaşvilini heyətinə qatıb. Gürcüstanlı yarımmüdafiəçiylə 1+1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, “Samtredia”, “Torpedo” (Kutaisi), Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. G. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfə fərqlənib.
“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
Nikita Simonov “Challenge” seriyasına aid Dünya kubokunda bürünc medal qazanıb
Xüsusi Olimpiya Açıq Cüdo Turnirində Azərbaycan təmsilçiləri 4 medal qazanıblar