Xalq artisti Tünzalə Ağayeva özəl məkanların birində xüsusi ulduz qonaq qismində çıxış edib.
“İki sahil” xəbər verir ki, pop ulduz sevənlərinin qarşısına çıxıb. Gecə boyunca ən sevilən və unudulmayan hitlərini ard-arda səsləndirən Xalq artisti yüksək enerjisi ilə gələn qonaqları hər zaman olduğu kimi coşdurub. Estrada ulduzu tamaşaçılarına unudulmaz anlar bəxş edib.
Özəl gecəyə xüsusi hazırlaşan müğənni geyimi ilə də göz oxşayıb. Ağayeva dərin kürək dekoltesi, başına taxdığı xüsususi aksesuar və zərli geyimi ilə diqqət çəkməyi bacarıb. Səhnə geyimi taninmış yerli dizayner İnci Karimə məxsusdur. Pop ulduzun makiyajı və saçı üzərində stilist Sabir çalışıb.
Konsert proqramı böyük maraqla qarşılanılıb. Gecədən lentə alınan görüntüləri təqdim edirik:
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?