04 avqust 2024 21:34
443

Türkiyənin Səhiyyə Nazirliyindən istilərlə bağlı XƏBƏRDARLIQ!

Türkiyənin Səhiyyə Nazirliyi həddindən artıq istidən təsirlənə biləcək risk qrupuna daxil olan şəxslərə bol su içmələri və günəşli vaxtlarda çölə çıxmamaları barədə xəbərdarlıq edib.

“İki sahil”in məlumatına görə, açıqlamada bildirilib ki, çöldəki temperatur bədən istiliyindən yüksək olduqda orqanizm tərləyərək bədən hərarətini tarazlıqda saxlamağa çalışır, lakin həddindən artıq istilərdə yalnız tərləməklə bədən hərarətini tarazlıqda saxlamaq mümkün deyil.

Qeyd edilir ki, yüksək rütubət, küləyin olmaması və ya dar paltar geyinmə səbəbindən hava axınının azalması kimi amillərin və istifadə edilən bəzi dərmanların tərin buxarlanmasına mane olduğu ifadə edilərək, əlavə edilir ki, bu vəziyyətdə orqanizmin istilik itirə bilməz və temperatur həyat üçün təhlükəli bir şəkildə yüksələ bilər.

Bildirilib ki, açıq havada işləyənlər, 4 yaşdan kiçik uşaqlar, 65 və yuxarı insanlar, qulluğa ehtiyacı olanlar, artıq çəkidən əziyyət çəkənlər, hamilə qadınlar, daim dərman qəbul edənlər (xüsusilə təzyiq salan və sidikqovucu, depressiya dərmanı və yuxu həbləri) və xroniki xəstəliyi olanlar (psixiatrik pozğunluqlar, depressiya, şəkərli diabet, xroniki ağciyər xəstəlikləri, ürək-damar xəstəlikləri, beyin-damar xəstəlikləri) istidən təsirlənirlər.

Açıqlamada xroniki xəstəlikləri olanların hava ilə bağlı rəsmi xəbərdarlıqlara əməl etmələri və günəş şüalarının şaquli olduğu günün ən isti saatlarında açıq havada olmamaq tövsiyə edilib.

Həmçinin bildirilib ki, həddindən artıq isti havalarda açıq rəngli, tərləməyən, yüngül, rahat, mövsüm şəraitinə uyğun paltar seçmək, çölə çıxarkən geniş kənarlı, hava deşikli papaq geyinmək, çətir və gün eynəyi kimi günəş şüalarından qoruyan vasitələrdən istifadə etmək lazımdır. Duzlu qidalardan uzaq durulmalı, suyun miqdarı artırılmalıdır.

Rahat, nəfəs alan ayaqqabıların seçilməsi, tərləmə ilə artan maye və mineral itkisini tarazlaşdırmaq üçün su içmək, balanslı qidalanma, daha çox maye itkisinə səbəb olan kofeinli, spirtli və şəkərli içkilərdən uzaq durmağı məsləhət edən nazirlik, xəstənin yaxınlarına, xüsusən də yaşı 65-dən yuxarı olanlarala, tənha yaşayan və xroniki xəstəlikləri olan insanlarla mütəmadi əlaqə saxlamaları və onların sağlamlıq vəziyyəti ilə bağlı məlumat almaları tövsiyə olunub.

Açıqlamada həmçinin yüksək temperaturun tərləmə və həddindən artıq maye itkisi səbəbiylə böyrəklərə əlavə yük yaratdığı qeyd edilib, həmçinin böyrək xəstəliyi olanların gündəlik su istehlakını həkimlərinin təyin etdiyi miqdarlara uyğun tənzimləmələri və yüksək miqdarda duz olan qidalardan uzaq durmaları tövsiyə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”