06 avqust 2024 14:44
414

Türkiyə ordusu Hakurk və Qara bölgələrində əməliyyat keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk və Qara bölgələrində yeni əməliyyat keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, Türkiyə ordusu son terrorçu öldürülənə qədər əməliyyatları davam etdirəcək.