Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cari ilin 7 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində işləri davam etdirir.
Nazirlikdən “İki sahil”ə bildirilib ki, xidmət tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 143 dövlət əmlakı özəlləşdirilib.
Bu ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,1 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 dəfə çoxdur.